Xəbərlər
Astara rayonunun Sərək kənd məktəbində yubiley tədbiri keçirildi

Astara rayonunun Sərək kənd məktəbində yubiley tədbiri keçirildi
Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Şəkərova Məleykə Şirinbəg qızının 65 illik yubileyi münasibətilə məktəbdə tədbir keçirilib.
Tədbirdə Məleykə xanımın uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə məsuliyyətli və vicdanlı yanaşması, eləcə də kollektiv arasında qazandığı hörmət və nüfuzundan bəhs olunub.
Çıxış edənlər yubilyarı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Məleykə xanıma xatirə hədiyyəsi təqdim olunub.
7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü

7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü
7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə ETİHİ Astara Rayon Komitəsi tərəfindən təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, layiqli və təhlükəsiz əmək şəraitinin təmin olunması, əmək münasibətlərində sosial ədalət və həmrəyliyin gücləndirilməsi məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirlər Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli, Şıxəli Qasımov adına 4 nömrəli, Fərman Əliyarov adına 6 nömrəli tam orta məktəblərdə, eləcə də Aqşin Hüseynov adına Suparibağ kənd və Rəhman Babayev adına Hamoşam kənd tam orta məktəblərində təşkil olunmuşdur.
Görüşlər zamanı iştirakçılara layiqli əməyin mahiyyəti, təhlükəsiz və sağlam əmək şəraitinin əhəmiyyəti, işçilərin əmək, sosial və iqtisadi hüquqlarının qorunması, məcburi əməyin və uşaq əməyinin yolverilməzliyi, yetkinlik yaşına çatmayanların əmək hüquqlarının müdafiəsi, əmək münasibətlərində ayrı-seçkiliyin qarşısının alınması və ailə öhdəliklərinin bölüşdürülməsi ilə bağlı məsələlər barədə ətraflı məlumat verilmişdir.
Tədbirlərdə çıxış edənlər Ümumdünya Layiqli Əmək Gününün əhəmiyyətindən, ölkəmizdə əmək hüquqlarının və sosial ədalət prinsiplərinin təmin olunması istiqamətində görülən işlərdən bəhs etmiş, təhsil işçilərinin hüquq və qanuni mənafelərinin müdafiəsində həmkarlar ittifaqlarının rolunu diqqətə çatdırmışlar.
Keçirilən tədbirlərdə üzv təşkilatların nümayəndələri, o cümlədən hüquq və texniki əmək müfəttişləri olmaqla, ümumilikdə 40–50 nəfər iştirak etmişdir. Görüşlərin təşkilində ilk həmkarlar ittifaqı təşkilatlarına komitə tərəfindən təşkilati dəstək göstərilmişdir.
Eyni zamanda, ittifaq üzvlərinin “Layiqli əmək şəraitinin qiymətləndirilməsi” mövzusunda ictimai rəy sorğusunda iştirakının təmin edilməsi məqsədilə müvafiq məlumatlandırma işi aparılmışdır.
ETİHİ Astara Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin əmək və sosial hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması, əməyin mühafizəsi və müəllim əməyinə verilən dəyərin artırılması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcəkdir.
Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən Sahib Kələntərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi rəhbərinin yubileyi qeyd olunub

Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən Sahib Kələntərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi rəhbərinin yubileyi qeyd olunub
Astara rayonu Ərçivan qəsəbəsi Sahib Kələntərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri Əliyev Elşən İzzətulla oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirində çıxış edənlər Elşən müəllimin uzunillik və səmərəli pedaqoji fəaliyyətindən, məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin, gənc nəslin milli-mənəvi dəyərlərə, Vətənə və dövlətə sədaqət ruhunda formalaşdırılmasında göstərdiyi xidmətlərdən bəhs ediblər.
Çıxış edənlər Elşən müəllimi əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıblar.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Əliyev Elşən İzzətulla oğluna təhsil sahəsində uzunillik və səmərəli fəaliyyətinə, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfələrə və 65 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Rinə kənd məktəbinin iki müəllimi yubileyləri münasibətilə təltif olunub

Rinə kənd məktəbinin iki müəllimi yubileyləri münasibətilə təltif olunub
Astara rayonu Elşən Baxşıyev adına Rinə kənd tam orta ümumtəhsil məktəbində məktəbin müəllimləri Xalıqov Əhmədağa Naib oğlu və Əliyeva Kəmalə Novruz qızının 65 illik yubileyləri münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər yubilyar müəllimlərin uzunillik pedaqoji fəaliyyətindən, təhsil sahəsində qazandıqları nailiyyətlərdən, məktəb kollektivindəki nüfuzlarından və gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərdən bəhs etmiş, onları səmimi-qəlbdən təbrik edərək möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür arzulamışlar.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən hər iki müəllim Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşdur.
Hörmətli Əhmədağa müəllim və Kəmalə müəlliməyə uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!
Astara rayonu Şiyəkəran kənd körpələr evi–uşaq bağçasında yubiley tədbiri keçirildi

Astara rayonu Şiyəkəran kənd körpələr evi–uşaq bağçasında yubiley tədbiri keçirildi
Astara rayonu Şiyəkəran kənd körpələr evi–uşaq bağçasının tərbiyəçi-müəllimi Hacıyeva Tamilla Məmməd qızının 65 illik yubileyi münasibətilə səmimi və yaddaqalan tədbir keçirilib.
Tədbirdə Tamilla müəllimənin uzun illər ərzində göstərdiyi səmərəli pedaqoji fəaliyyətdən, balaca fidanların tərbiyəsində göstərdiyi diqqət və qayğıdan, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və cəmiyyətə faydalı şəxsiyyətlər kimi formalaşmasına verdiyi töhfələrdən bəhs olunub.
Çıxış edənlər Tamilla müəllimənin peşəsinə olan sevgisini, zəhmətkeşliyini, sadəliyini və insanpərvərliyini xüsusi qeyd edərək, onun uzun illər ərzində bir çox nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar. Ona dərin hörmət və ehtiramlarını bildirərək, yubiley münasibətilə ən xoş arzularını çatdırıblar.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsi tərəfindən Tamilla müəllimə Fəxri Fərman və xatirə hədiyəsi təqdim olunub.
Müəllim əməyinə verilən yüksək dəyər!

Müəllim əməyinə verilən yüksək dəyər!
Müəllim əməyinə verilən yüksək dəyər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində müəllim əməyinə verilən yüksək dəyərin ifadəsi olaraq Astara rayonunun müxtəlif təhsil müəssisələrində görüşlər keçirilib.
ETİHİ Respublika Komitəsinin sektor müdiri Əli Rzayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva və ETİHİ Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov Sım kənd tam orta ümumtəhsil məktəbi, Həzi Sovqatov adına Şümrüd kənd tam orta ümumtəhsil məktəbi və Ovala kənd ümumi orta ümumtəhsil məktəbində olublar.
Görüşlər zamanı məktəb kollektivləri ilə səmimi söhbətlər aparılıb, Azərbaycan təhsilinin inkişafında, gənc nəslin savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişdirilməsində müəllimlərin fədakar əməyinin əvəzsiz rolu xüsusi vurğulanıb.
Təhsil sahəsində səmərəli fəaliyyəti və uğurları ilə seçilən qabaqcıl müəllim və təhsil işçiləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, onlara möhkəm cansağlığı, ailə səadəti və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulanıb.
Müəllimə göstərilən diqqət və ehtiram, əslində, gələcəyimizə verilən dəyərdir. Əməyi ilə gələcəyə işıq salan bütün müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, sonsuz səbir və yeni nailiyyətlər arzulayırıq!
Şağlazüzə kənd məktəbində təsərrüfat müdirinin 65 illik yubileyi qeyd olunub.

Şağlazüzə kənd məktəbində təsərrüfat müdirinin 65 illik yubileyi qeyd olunub.
Astara rayonu Şağlazüzə kənd tam orta ümumtəhsil məktəbinin təsərrüfat müdiri Gənciyev Xanağa Xanəhməd oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Xanağa müəllimin uzun illər ərzində məktəbdə göstərdiyi səmərəli əmək fəaliyyətindən, təsərrüfat işlərinin təşkilindəki məsuliyyətli və nümunəvi əməyindən, eləcə də kollektiv arasında qazandığı hörmət və nüfuzdan bəhs ediblər.
Sonda Xanağa müəllimə yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
27 Sentyabr – Anım Günü ilə əlaqədar təhsil işçiləri Astara rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət edib.

27 Sentyabr – Anım Günü ilə əlaqədar təhsil işçiləri Astara rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət edib.
27 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyeva və rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri Anım Günü ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.
Tədbir çərçivəsində şəhidlərimizin məzarları və xatirə abidəsi önünə qərənfillər düzülüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sərək kənd məktəbində kitabxana müdirinin 65 illik yubileyi qeyd olundu.

Sərək kənd məktəbində kitabxana müdirinin 65 illik yubileyi qeyd olundu.
Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbinin kitabxana müdiri Abdullayeva Nuridə Yavər qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirində çıxış edənlər Nuridə xanımın uzunillik və səmərəli əmək fəaliyyətindən, məktəb kitabxanasının fəaliyyətinin təşkilində, şagirdlərin mütaliəyə marağının artırılmasında, onların dünyagörüşünün formalaşmasında və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində göstərdiyi xidmətlərdən bəhs ediblər.
Çıxış edənlər yubilyarı əlamətdar 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Abdullayeva Nuridə Yavər qızına 65 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim olunub.
Şiyəkəran kənd məktəbində müəllimin 65 illik yubileyi qeyd olunub

Şiyəkəran kənd məktəbində müəllimin 65 illik yubileyi qeyd olunub
Astara rayonu Şiyəkəran kəndi Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçisi İsmayılov Fəxrəddin Adıgözəl oğlunun 65 illik yubileyi münasibətilə məktəbdə tədbir keçirilib.
Tədbirdə Fəxrəddin müəllimin uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə məsuliyyətli və vicdanlı yanaşması, eləcə də kollektivdə qazandığı hörmət və nüfuzundan bəhs olunub.
Çıxış edənlər yubilyarı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxrəddin müəllimə xatirə hədiyyəsi təqdim olunub.
Qapıçıməhəllə kənd məktəbində müəllimin 65 illik yubileyi qeyd olunub

Qapıçıməhəllə kənd məktəbində müəllimin 65 illik yubileyi qeyd olunub
Astara rayonu Əzizağa Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi, məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri Abdullayev Zeynal Ağababa oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirində çıxış edənlər Zeynal müəllimin uzunillik səmərəli pedaqoji fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində, onların milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhunda yetişdirilməsində göstərdiyi xidmətlərdən bəhs ediblər.
Çıxış edənlər yubilyarı əlamətdar 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Abdullayev Zeynal Ağababa oğluna təhsil sahəsində uzunillik və səmərəli fəaliyyətinə, həmçinin 65 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Astara şəhəri Ceyhun Babayev adına 3 nömrəli liseydə "Bilik günü" qeyd edilmişdir.

Astara şəhəri Ceyhun Babayev adına 3 nömrəli liseydə "Bilik günü" qeyd edilmişdir.
15.09.2026-cı il tarixində Astara şəhər Ceyhun Babayev adına 3 nömrəli liseyində "Bilik günü" qeyd edilmişdir.
Tədbir Azərbaycanın suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etməklə başladı, dövlət himni səsləndirildi.
Tədbirdə liseyin direktoru N.Məmmədov çıxış edərək əlamətdar gün münasibətilə valideynləri və şagirdləri təbrik etdi.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Daxili Nəzarət şöbəsinin müdir müavini Xaqani Qurbanov ,Astara şəhər İcra Hakimiyyəti başçısının ərazi təşkilat,ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova , Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyeva, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Astara rayon komitəsinin sədri Cabir Hüseynov çıxış edərək yeni tədris ilində şagirdlərə uğurlar arzulamışlar.
Liseydə ilk dərs saatları "Memarlıq və suverenlik" ilinə həsr edildi.


