“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi ilk olaraq Azərbaycan Mədəni-Maarif İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi adı ilə təsis olunub. Sonrakı illərdə bu təşkilat müxtəlif adlar altında fəaliyyətini davam etdirib və 2025-ci ilin iyul ayından etibarən ittifaqın adı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi olaraq dəyişdirilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi təhsil işçilərinin və tələbələrin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən iş yeri, peşə üzrə yaradılmış ilk həmkarlar ittifaqı təşkilatlarının rayon birliyidir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi 62 ümumtəhsil məktəbini, 2 məktəbdənkənar, 1 Astara Pedaqoji Kollec, 1 Astara rayon Təhsil Sektoru və 16 uşaq bağcası - körpələr evi olmaqla 82 ilk həmkarlar ittifaqı təşkilatını və 3382- üzvü özündə birləşdirir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin fəaliyyət istiqamətləri: